Ağıllı kamera sizi kassada tanıyacaq və hesabınızdan pulu çıxacaq. Fins.az xəbər verir ki, bu cür ödəniş artıq Moskvada 3 kafedə həyata keçirilir. Rusiya startapı VisionLabs və ödəniş sistemi SwiP, yeniliyi hələki Moskvada 3 kafedə həyata keçirir.
VisionLabs və SwiP, Selfietopay mobil tətbiq yaradaraq insanlara ödənişi selfi vasitəsi ilə etməyə imkan verir.
Sistem necə işləyir?
Bu sistemdən istifadə etmək üçün öncə AppStore-dan və ya GooglePlay-dən mobil tətbiqi smartfona yükləmək lazımdır. Daha sonra bu sistemə bank kartının hesabını qeyd etmək lazımdır. Bundan sonra selfi çəkilir və sistemə kart sahibinin fotosu yüklənir. Bununla da ödəniş etmək lazım olarkən kart sahibi kassaya yaxınlaşır və kassa hesab ödəməli şəxsi biometrik identifikasiya sayəsində selfisindən tanıyır. Hazırda yenilik Moskvada 3 kafedə işləyir. Lakin yaxın zamanda selfi ödəniş vasitəsindən Moskva və Sankt Peterburqda yerləşən 250 restoran, otel və kafedə istifadəsi gözlənilir.
Məlumat üçün bildirək ki, VisionLabs texnologiyasına 25.7% investisiya Sberbank tərəfindən edilib.
Qeyd edək ki, yeni sistemin müsbət xüsusiyyətləri ilə yanaşı mənfiləri də var. Belə ki, çox nadir hallarda olur ki, kassada olan kamera müştərini tanıya bilmir. Bu isə o zaman baş verir ki, müştərinin fotosu, sistemə yerləşdirdiyi selfidəki kimi, yəni həmin rakusdan kassa kamerasına baxmır və ya kassada yerləşdirilən kamera köhnə model olur -deyə sistemin yaradıcılarından olan Aleksandr Xanin yerli mediyaya açıqlama verərkən bildirib.
Müəllif: Xeybər Heydərov