31 Oktyabr

"Deutsche Bank" ərəb bazarından çıxır

Səudiyyə Ərəbistanı Almaniya şirkətləri ilə imzalanmış rəsmi dövlət müqavilələrinə xitam verməyə başlayıb. Fins.az APA TV-yə istinadən xəbər verir ki, "Der Spiegel"ə istinadən məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salman göstəriş verib.

Vəliəhd Almaniyanın Yaxın Şərq və əsasən də İranla olan münasibətlərini əsas göstərərək bu addımı atdığını qeyd edib. Verilən məlumatlara əsasən artıq Səudiyyə Ərəbistanında dövlət orqanlarına alman şirkətləri ilə müqavilə bağlamaq qadağan edilib.

Bu addımın "Siemens", "Bayer", "Boehringer Ingelheim" və "Daimler" kimi iri şirkətlərin satış bazarlarını azaldacağını qeyd olunur. "Siemens" şirkəti keçən il Səudiyyə Ərəbistanında qaz kəmərlərinin təmiri və yeni elektrik stansiyalarının tikilməsi üçün hökumətlə 400 milyon dollarlıq müqavilə imzalamış, "Daimler" isə Səudiyyəyə 600 ədəd "Mercedes-Benz Citaro" avtobusunun çatdırılması barədə razılıq əldə etmişdi. Artıq hər iki müqavilə hökumət tərəfindən ləğv edilib.

Keçən il isə Almaniyanın xarici siyasəti və Livan böhranı ilə əlaqədar Səudiyyə Ərəbistanı öz səfirini geri çağırmış və Almaniyaya öz siyasətini dəyişmək barədə nota göndərmişdi.

Almaniya Statistik Araşdırmalar Mərkəzindən verilən məlumata görə, 2017-ci il ərzində Almaniya və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi 6,6 milyard dollar təşkil edib.

Almaniyalı biznesmenlər isə bu addım nəticəsində Səudiyyənin alman istehsalı mallardan məhrum qalacağını və bundan öncə ölkəyə idxal olunan əmtəəyə alternativ tapa bilməyəcəklərini vurğulayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanına investisiya qoyuluşunun həcminə görə alman şirkətləri arasında liderlik "Deutsche Bank"a məxsusdur.