Azərbaycan Beynəlxalq Bankına (ABB) ölkənin bank sektorunun ümumi aktivlərinin təxminən üçdə biri düşür.
Fins.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Moody’s”in “İllik Azərbaycan Sammiti”ndə “beynəlxalq reytinq agentliyinin analitiki Petr Paklin deyib. Onun sözlərinə görə, ABB-nin payına ümumi aktivlərin 31 faizi düşür.
P.Paklin qeyd edib ki, ABB-nin aktivlərinin restrukturizasiyası bu gün üçün təxminən 15 milyard manat təşkil edir.