"Azərbaycanda kreditləşmənin bərpası fonunda problemli kreditlər sabitləşib". Fins.az xəbər verir ki,“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Moody’s”in “İllik Azərbaycan Sammiti”ndə “beynəlxalq reytinq agentliyinin analitiki Petr Paklin deyib.
O bildirib ki, ABB-nin sağlamlaşdırılması tədbirlərindən sonra bank sektorunda kapital adekvatlığı yaxşılaşıb. P.Paklin Azərbaycanın bank sektorunda risklərə də toxunub.
"Azərbaycanda son 3 ildə dollarlaşmanın səviyyəsinin aşağı düşdüyünü görürük. Bununla belə bank sektorunda dollarlaşma yüksək səviyyədədir. 2015-ci ildə baş verən devalvasiya banklara öz təsirini göstərib. Bizim hesablamalarımıza görə bankların qısa açıq valyuta mövqeyi ən pis həddə çatıb. 2017-ci il Azərbaycanın bank sektorunda kapitallaşmanın yaxşılaşmasına səbəb olub. Kapitallaşmanın yaxşılaşmasına baxmayaraq hələ də risklər var".