Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) dəstəyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kommersiya bankları üçün seminar təşkil edilib.
Tədbirdə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın qeyri-qanuni leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM), həmçinin beynəlxalq sanksiyalar rejimləri çərçivəsində risklərin idarə edilməsi mövzuları üzrə məlumat təqdim edilib.Seminarda bankların rəhbər şəxsləri və aidiyyəti sahələr üzrə məsul şəxslər iştirak edib.
Tədbir zamanı beynəlxalq ekspertlər DevidArtingstoll vəYevgeniyaBolyasna, həmçinin Palatanın nümayəndələri tərəfindən sadalananmövzular üzrə təqdimatlar nümayiş etdirilib vəmüxtəlif praktiki məşqlər, eləcə də qrup çalışmaları təşkil edilib.
Seminarın sonunda iştirakçılarımaraqlandıran suallarcavablandırılıb və beynəlxalq təcrübəyə dair məlumat verilib.
Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.