31 Oktyabr

"Bank VTB Azərbaycan", "Muğan Bank", "Nikoyl Bank" mənfəət vergisini ödəməyib

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-ü mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib. Fins.az "Renkinq"-a istinadən xəbər verir ki, bunlar "Kapital Bank", "PAŞA Bank", "Azərbaycan Sənaye Bankı" və "Yapı Kredi Bank Azərbaycan"dır. Adları çəkilən banklar bu ilin yanvar-mart aylarında dövlət büdcəsinə müvafiq olaraq 5,916 milyon manat, 1,132 milyon manat, 375 min manat və 301 min manat, ümumilikdə 7,724 milyon manat mənfəət vergisi ödəyiblər.

Qalan 26 bank isə bu məsələni ilin sonuna saxlayıb. Bunlardan I rübü zərərlə başa vurmuş banklardı ki, "Bank VTB Azərbaycan", "Muğan Bank", "Nikoyl Bank" onların da mənfəət vergisi ödəməməsi təbiidir.

Eləcədə Bax: "NBC Bank" xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb