Bu ilin aprel ayı ərzində Azərbaycandan Gürcüstana 1,8 mln. ABŞ dolları məbləğində pul köçürülüb. Fins.az"Report"-a istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, bu, Gürcüstana köçürmə yolu ilə daxil olan vəsaitlərin 1,2%-dir. Ümumilikdə ötən ay bu ölkəyə 123,9 mln. dollar transfer edilib ki, onun da 92,68%-İ 15 ölkənin payına düşüb. Azərbaycan köçürülən vəsaitin məbləğində görə 12-ci yerdədir.