31 Oktyabr

Bank sektorunun müştəri bazası artıb

Azərbaycan bank sektorunun müştəri bazası bu il aprelin 1-nə 5 961 018 nəfər təşkil edib. Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 3.3%(188 978 nəfər) çoxdur. Həmçinin o da məlum olub ki, bank müştərilərinin 5 870 236 nəfəri və ya 98,5%-ni fiziki şəxslər təşkil edib.

Müəllif: Xeybər Heydərov