Hazırda ölkə vətəndaşlarına xidmət göstərən bankların sayı 30-dur. Bu banklar müxtəlif bank xidmətləri göstərir ki, bunlardan biri də depozit xidmətidir. Bu xidmət zamanı insanlar banklara pullarını əmanət edirlər. Bu zaman banklar vətəndaşlar tərəfindən yatırılan məbləğə görə əlavə gəlir faizləri təklif edirlər. Faiz göstəriciləri banklara görə dəyişir. Əsasən əmanət məbləği 100 dollar və ya 100 manatdan başlayır. Fins.az-ın araşdırması zamanı bəlli olub ki, bəzi banklar əmanət qəbul etmir. Əmanət qəbul etməyən banklardan biri də Naxçıvan bankdır. Həmçinin o da bəlli olub ki, bəzi banklar 500 min və ya 100 min manatdan aşağı məbləğdə əmanət qəbul etmir. Belə ki, bank Silk Vay yalnız 500 min manat və daha çox məbləğdə əmanət qəbul edir. Turanbankda isə əksinə əmanət qoyan vətəndaşlar üçün müxtəlif güzəştlər və uduşlu lotereyalar təklif olunur. Bu banka iyunun 25-nə kimi ən azı min manat və ya min dollar məbləğində əmanət qoyan şəxslər Hyunday Grandeur avtomobili və ya digər hədiyyələr qazana bilərlər.
Eləcədə Bax: Dövlət istiqrazlarının bank depozitindən üstün cəhətləri nədir?
Eləcədə Bax: İndi bu sahəyə investisiya edənlər çoxdur – MİLLƏT VƏKİLİ
Məlumat üçün bildirək ki, heçdə bütün banklar nə manatda nə də dollarda uzun müddətə əmanət qəbul etmirlər. Əksər banklar hər iki valyutada bir və ya iki illik depozit qəbul edirlər. Bu arada onu da qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən İran Milli Bankı yalnız manatda əmanət qəbul edir. Pakistan Milli Bankında əmanət qoymaq üçün isə rəhbərlik səviyyəsində görüşdən sonra mümükün ola bilər. Bunu Fins.az –a bankdan bildiriblər. Əmanət faizlərini gizli saxlayan banklardan biri də Ziraat Bankdır, belə ki, bankın depozit faizləri haqqında məlumat almaq üçün yalnız banka yaxınlaşmaq lazımdır əks halda telefonla məlumat verilməyəcək.
Bankların əmanətlərə görə təklif etdiyi faizlər aşağıdakı kimidir:
Bankın adı |
Manatla -illik müddətin sonu |
Manatla aybaay |
Dollarla müddətin sonu |
Dollarla aybaay |
||||
AccessBank |
10% |
10% |
3% |
|
||||
AFB bank |
7% |
7% |
1% |
1% |
||||
Azərbaycan Beynəlxalq Bank |
8% |
7.5% |
1% |
1% |
||||
ASB bank |
8% |
8% |
0.8% |
0.8% |
||||
Azər TürkBank |
7.5% |
7% |
0.4% |
0.3% |
||||
Bank Avrasiya |
10% |
9% |
2.25% |
2% |
||||
Kapital Bank |
7.5% |
7% |
0.1% |
yoxdur |
||||
Muğanbank |
12.75% |
12.5% |
3% |
yoxdur |
||||
NBC Bank |
12% |
11% |
3% |
3% |
||||
AtaBank |
10.5% |
9.5% |
3% |
2.25% |
||||
Bank BTB |
11% |
10% |
3% |
2.5% |
||||
Bank Silk Vay |
Minimal məbləğ 500 min olmalıdır 2% |
------------ |
1.5% |
-------- |
||||
VTB Bank |
11% |
10.5% |
1% |
0.9% |
||||
Bank Respublika |
10.5% |
10% |
2% |
1.5% |
||||
AGBank |
12% |
11% |
3% |
2% |
||||
Amrahbank |
13% |
11-12% |
3% |
2% |
||||
Bank VTB Azərbaycan |
10.5 |
10% |
1% |
0.9% |
||||
Turanbank |
11.4% |
11% |
2% |
2.5% |
||||
Unibank |
12% |
11.5% |
|
2% |
||||
Yapı Kredi Bank |
8% |
8% |
0.5% |
0.5% |
||||
Ziraat Bank |
---- |
---- |
----- |
---- |
||||
Expressbank |
7% |
6.5% |
1.5% |
1% |
||||
Gunaybank |
11% |
9% |
3% |
2% |
||||
Xalq Bank |
6% |
6% |
1% |
1% |
||||
İran Milli Bankı |
6% |
5% |
Yoxdur |
yoxdur |
||||
Muğanbank |
12.75% |
12.5% |
3% |
3% |
||||
Nikoil Bank |
10% |
9% |
2% |
1.5% |
||||
Paşa Bank |
6.7% |
6.7% |
0.5% |
0.4% |
||||
Rabitəbank |
8% |
8% |
1% |
1% |
Qeyd edək ki, Unibankda mayın 31-nə kimi əmanət yerləşdirənlərə 2% əlavə gəlirlilik təklif olunur. AGBankda isə əmanət sahiblərinə pulsuz plastik kart verilir ki, bu karta toplanan faizləri komissiyasız nağdlaşdırmaq mümkündür. Sonda onu da bildirək ki, ötən illə müqayisədə əksər banklar istər manatda istərsə də dollarda olan əmanət faizlərini aşağı endirib.
Müəllif: Xeybər Heydərov