31 Oktyabr

“YapıKredi Bank Azərbaycan” daha bir kredit məhsulunu təqdim etdi

“YapıKredi Bank Azərbaycan” yeni bir kredit məhsulunu təqdim edib. Fins.az Banın saytına istinadən xəbər verir ki, bu məhsul “Express Kredit” adlanır. Fiziki şəxlər üçün nəzərdə tutulan kreditin 3-36 ay müddətinə verilir və illik faizi 25%-dir. Məlumata görə 5 000 manata qədər əldə etməklə yanaşı cəmi iki dəqiqə ərzində ərzində bu məhsulu əldə etmək olacaq. Bir müddət öncə bank “səyahət kredit” məhsulunu təqdim etmişdi. Hazırda bankda kredit məhsullarının sayı fiziki şəxlər üzrə 7-yə çatıb.