Bankın kredit portfeli onun balansında, aktiv əməliyyatlar içərisində yer alır. Fins.az xəbər verir ki, Bank VTB Azərbaycan kredit portfelinin dinamikasına görə ölkəmizdə fəaliyyət göstərən 30 bank arasında ən sonuncu pillədə qəraralaşıb. Bankın kredit portfelinin nisbi dinamikası -76.9, illik mütləq dinamikası isə -216.33 təşkil edir. Bu da ölkəmizdə fəaliyyət göstərən 30 bank arasında ən pis göstəricidir. Məlumatlar bankın açıqladığı hesabata əsasən təhlil edilib.
Müəllif: Xeybər Heydərov