Likvidlik öz dəyərini itirmədən tez bir zamanda pul vəsaitinə çevrilmədir ki, likvid aktivlər də bazarda asanlıqla pula satılıb alına bilən və dəyər itkisi yaratmayan aktivlərdir. O cümlədən, likvidliyin dərəcəsini cəld və tez bir zamanda az itki ilə pula çevrilmə müəyyən edir. Likvidliyinə görə də aktivlər likvid və ya aşağı likvidli olmaqla müxtəlif cür ola bilər. Bildiyimiz kimi, ən likvid aktivlər pul vəsaitləri və onların ekvivalentləridir.
Likvid aktivlərə müxtəlif müəssisələrdə ona görə ehtiyac böyükdür ki, bu vəsaitlərin mövcudluğu müəssisəyə daha asan şəkildə pul ödəmələrini həyata keçirməyə imkan verir.
Banklar da öz növbəsində “Pul vəsaitlərinin hərəkəti haqqında hesabatı” dərc edərək pul və pul ekvivalentlərinin həcmini göstərirlər. Çünki banklar müəyyən qədər mənfəət əldə edə bilərlər amma nağd pul vəsaitlərinin və ya likvid aktivlərinin mövcud olmaması onlara müxtəlif ödəmələri həyata keçirməyə imkan verməz. Aparılan araşdırmadan məlum olur ki, 2017-ci il üzrə ən yaxşı göstərici AtaBanka məxsus olub. Bu göstərici 719.45% olub.
Müəllif: Xeybər Heydərov