31 Oktyabr

Əmək haqqını kartla alanların sayı artıb

Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon ədədə yaxınlaşır. Ən çox kredit və əmək haqqı kartları artıb. Bu barədə Fins.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin mart ayında ödəniş kartlaının sayı 44 min ədəd artaraq 5 milyon 933 minə çatıb. İlk rübdə kartların sayı 133 min ədəd artıb. Mart ayında sosial kartların sayı 9 min ədəd azalaraq 2 milyon 513 min ədədə düşüb. İlk rübdə sosial kartların sayı 22 min ədəd azalıb.

Martda əmək haqqı kartlarının sayı isə 13 min ədəd artaraq 1 milyon 893 minə, kredit kartlarının sayı isə 40 min ədəd artaraq 713 min ədədə çatıb. Digər debet kartların sayı isə olduğu kimi qalaraq 814 min ədəd olub. 2018-ci ilin yanvar-mart dövründə əmək haqqı kartları 66 min ədəd, kredit kartları isə 90 min ədəd artıb. Digər debet kartların sayı isə 1000 ədəd azalıb.