31 Oktyabr

Bugünkü depozit hərracında tələb təklifi 3 dəfəyə yaxın üstələyib

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib. AMB-dən verilən xəbərə görə, hərracda tələb 917,9 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib. Bununla da depozit hərracında tələb təklifi 2,62 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 350 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.