31 Oktyabr

Gürcüstanda illik inflyasiyanın göstəricisi məlum olub

Bu ilin aprel ayının yekununda Gürcüstanda illik inflyasiya 2,5% təşkil edib. Fins.az“Report”-a istinadən xəbər verir ki, bu rəqəmi Gürcüstan Mərkəzi Bankı (GMB) açıqlayıb.

Xatırladaq ki, sözügedən göstərici mart ayının yekununda 2,8% təşkil etmişdi. GMB-nin illik inflyasiya hədəfi isə 3%-dir.