MCS-in media monitorinq qrupu 01-30 aprel 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub. Fins.az xəbər verir ki, Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Bank sahəsində aparılan monitorinqə görə, ən çox adı çəkilən bank Azərbaycan Beynəlxalq Bankı olub. Bankın adı göstərilən tarixlərdə 1385 dəfə hallanıb.