"Paşa Bank" illik maliyyə göstəricilərinə görə, 2016-cı ilin 31 dekabrdan 2017-ci ilin 31 dekabrna kimi işçilərinə 43891 min manat xərcləyib. Qeyd edək ki, 2016-ci ildə bu rəqəm 35358 min manat olub. Həmçinın işçilərin sayında da artım olub. Belə ki, Bank 2016-ci illə müqayisədə 2017-ci ildə işçilərinin sayını 170 nəfər artıraraq 620 nəfərə çatdırıb. Bunu bu gün keçirdiyi mətbuat konfransında Bankın idarə heyətinin üzvü Baş risk inzibatçısı Xəyalə Nağıyeva açıqlayıb.
Müəllif: Xeybər Heydərov