"Paşa Bank" ASC-nin həm depozit, həm də kredit faiz dərəcələri aşağı düşüb". Bunu bankın İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.
"İlin əvvəlində qısamüddətli kreditlərin faizi 18-20% idisə, hazırda təxminən 14-16%-ə düşüb. Birillik depozitlərdə faizlər ilin əvvəlindəki 12%-dən hazırda 7-8% ə düşüb. Uçot dərəcəsinin aşağı salınması bizim faizləri də aşağı saldı. Bu, yaxşı tendensiyadır. Bundan əlavə, faiz dərəcələrinin düşməsinin səbəblərindən biri də qeyri-nağd əməliyyatların artmasıdır", - o qeyd edib.
Sədr onu da bildirib ki, "Paşa Bank" növbəti 3 ildə hər hansı xarici banka investisiya planlaşdırmır: "Bank öz fəaliyyətini mövcud üç ölkədə gücləndirməyi, bu ölkələrdə bazar payını artırmağı planlaşdırır. Hər üç ölkədə aktiv məqsədli strategiyamız var və növbəti 3 ildə bu istiqamətdə çalışacağıq".
Bundan başqa, onun sözlərinə görə, "Paşa Bank" Azərbaycan Mərkəzi Bankının (AMB) depozit hərraclarında aktiv iştirak edir: "Bankn nağd vəsaitlərinin əksəriyyəti AMB-nin müxbir hesablarında yerləşdirilib".
Müəllif: Xeybər Heydərov