Yanvar-mart aylarında Tovuzda fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafı üçün 2192 nəfərə 4 milyon 920 min manat məbləğində kreditlər verilib. Fins.az əldə etdiyi məlumata görə, Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bundan əlavə, üç ayda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 3 layihə üzrə 3 milyon 525 min manat vəsait ayrılıb.
Banklardan götürülən kreditlər və ayrılan vəsaitlər rayonda yeni iş yerlərinin yaradılmasına xidmət edəcək.