31 Oktyabr

“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclasının vaxtı məlum olub

Ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası sentyabrın 12-də keçiləcək. Fins.az xəbər verir ki, bu barədə komitənin sədri Əkrəm Həsənov məlumat verib.

“Verilən iddialar üzrə məhkəmələr gedir. Əgər fövqəladə nəsə olsa, növbədənkənar toplantı ola bilər", - deyə o, qeyd edib.