31 Oktyabr

AtaBank rübü mənfəətlə başa vurub

"AtaBank" ASC 2018-ci ilin 1-ci rübünü 341 min manat xalis mənfəət ilə başa vurub. “AtaBank” ASC 2017-ci ilin 1-ci rübünü 1 milyon 178 min manat xalis mənfəət ilə bağlayıb. Fins.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə “AtaBank”ın cəmi gəlirləri 12 milyon 996 min manat, o cümlədən faiz gəlirləri 10 milyon 669 min manat, qeyri-faiz gəlirəri 2 milyon 328 min manat təşkil edib.

2018-ci ilin 1-ci rübündə, xərclər gəlirərdən çıxıldıqdan sonra “AtaBank”ın əməliyyat mənfəəti 834 min manat təşkil edib. Əməliyyat mənfəətinin 493 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb.

“Caspian Development Bank”ı qovuşmamışdan öncə, ötən ilin yanvar-mart aylarında “AtaBank”ın cəmi gəlirləri 11 milyon 4 min manat, o cümlədən faiz gəlirləri 9 milyon 704 min manat, qeyri-faiz gəlirləri 1 miyon 300 min manat təşkil edib.

"AtaBank"ın faiz və qeyri-faiz xərcləri 2017-ci ilin 1-ci rübündəki 9 milyon 172 min manatdan 12 milyon 163 min manata qalxıb. 2017-ci ilin ilk rübündə "AtaBank"ın əməliyyat mənfəəti 1 milyon 832 min manat təşkil edib. Bank kredit və depozit itkiləri üzrə ehtiyata 645 min manat ayırıb

31 Mart 2018-ci il tarixində "AtaBank" ASC 619 milyon 512 min manat cəmi aktivlərə, 472 milyon 352 min manat cəmi öhdəliklərə və 147 milyon 159 min manat cəmi kapitala malik olub.

"AtaBank"ın müştərilərə verdiyi kreditlər 464 milyon 34 min manatdan 464 milyon 331 min manata, xalis kreditlər isə 415 milyon 422 min manatdan 416 milyon 400 min manata yüksəlib.