31 Oktyabr

Maliyyə savadlılığı üzrə tədbirlərin həyata keçirilir - PALATA

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-2018-ci illər üzrə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində maliyyə savadlılığı üzrə tədbirlərin həyata keçirilməsini davam edir. Bununla əlaqədar olaraq, Palatanın mütəxəssisləri tərəfindən Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetinin tələbələri üçün "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusunda təlim keçirilib.

Kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

İnteraktivlik və müzakirə formatında keçən tədbirin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif ediliblər. Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az və [email protected] ünvanına müraciət edə bilərlər.