31 Oktyabr

Dollardan imtina mümkündür? – AÇIQLAMA

Hazırda bütün dünya iqtisadiyyatı dollarla ticarət olunur. Bu səbəbdəndir ki, ABŞ iqtisadiyyatı “xəstələnəndə” bütün ölkələr bu virusa yoluxur. Bəs dollardan imtina etmək olar? Fins.az-ın bu sualına cavabı iqtisadçı ekspert Samir Əliyev bu cür cavablandırıb.

Dollardan imtina etmək bir neçə ölkələr istəyir. Misal üçün Çin Rusiya və İran. Lakin ortada ciddi bir nəticə yoxdur. Hazırda ölkələr tərəfindən belə təşəbbüslər var. Dollar haqqında çox danışa bilərik. Amma onu deyim ki, dünyada ticarət dövriyyəsinin təxminən 80%-85% dollarda həyata keçirilir.

Bütün birjalarda əmtəələr neft, qızıl və s də follarda ticarət olunur. Eyni zamanda bütün dünyadakı valyuta ehtiyatlarının təxminən 65% -75% dollarda saxlanılır. Dollar böyük paya malikdir. Buna da səbəb arxasında ABŞ iqtisadiyyatının dayanmasıdır. Amerika dünyada ən çox qızıl ehtiyatına malik olan ölkədir. Hətta BAŞ-dan sonra qızıl ehtiyatına görə gələn ölkələrin qızıllarını bir araya toplasaq bəlkə o zaman bu ehtiyatlar ABŞ qızıl ehtiyatlarına bərabər ola bilər. Qızılın çoxluğu valyutanın möhkəmliyi üçün olduqca vacibdir. Artıq bir neçə illərdi ki, ABŞ dollarının bazardan çıxardılması kimi müzakirələr gedir.

Müəllif: Xeybər Heydərov