Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan banklara məxsus əmlakların icarəyə verilməsi ilə bağlı növbəti hərrac keçirəcək. Fins.az xəbər verir ki, hərrac mayın 23-də baş tutacaq.
Hərrac ləğv prosesində olan “Atrabank” ASC-yə və “Zaminbank” ASC-yə məxsus qeyri-yaşayış binası və qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı keçirilir.