31 Oktyabr

"Qafqaz İnkişaf Bankı" ASC-nin kreditorlarının nəzərinə

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 23 aprel 2018-ci il tarixdən etibarən başlanacaq. Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunurki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanmas ıFondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət edərək bank rekvizitlərini qeyd etsinlər.

Əlavə məlumat almaq üçün əlaqə nömrələri: Bakı ş. (012) 596 65 91/92/93 Qaynar xətt: 941