Bank of Baku ilin ilk rübünə görə maliyyə göstəricilərini açıqlayıb. Ötən ilin ilk rübünü 3 milyon 538 min manat zərər ilə bağlayan Bank 2018-ci ilin 1-ci rübünü 234 min manat xalis mənfəət ilə başa vurub. Fins.az xəbər verir ki,cari ilin1-ci rübündə "Bank of Baku"nun mümkün zərərlərin ödənilməsi üçün yaratdığı ehtiyatlarının 22 milyon 343 min manatı gəlirə çevrilib. “Bank of Baku”nun faiz və qeyri-faiz gəlirləri 11 milyon 913 min manat olub “Bank of Baku” 311 milyon 828 min manat cəmi aktivlərə, 275 milyon 656 min manat cəmi öhdəliklərə və 36 milyon 171 min manat cəmi balans kapitalı var. Bankın müştərilərə verdiyi cəmi kreditlər 177 milyon 829 min manat olub. Müştəri depozitləri 178 milyon 259 min manat olub.
Müəllif: Xeybər Heydərov