Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Royalbank" ASC-nin kreditorlarına müraciət edib. Növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 23 aprel 2018-ci il tarixdən etibarən başlanacaq. Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.
"Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etsinlər", - deyə məlumatda vurğulanıb.