31 Oktyabr

“Effektivnest” BOKT-un daha bir təsisçisi payını geri götürür

Mayın 15-də, saat 17:00-da “Effektinvest” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin ümumi yığıncağı keçiriləcək. Fins.az xəbər verir ki, bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yığıncağın gündəliyinə təsisçilərdən birinin – Ruslan Zeyqəm oğlu Hüseynovun payını geri götürməsi məsələsi daxildir.

Xatırladaq ki, bu ilin əvvəlində “Effektinvest”in daha bir təsisçisi - Fuad Abduriza oğlu Məmmədov payını geri götürüb. Son nəticədə BOKT-un nizamnamə kapitalı 200 min manat və yaxud 17,7% azalaraq 930 min manata düşüb.