Sadə vətəndaşın hər bir devalvasiya panikasına reaksiya verməsi ona yalnız zərər gətirəcəkdir.
İlk növbədə onu qeyd etməliyik ki, hər bir şəxs yığıma sahib olmağa çalışır və bir çox hallarda buna nail olur. Növbəti addım isə bu yığımı investisiya edib ən azı onu infilyasiyadan qorumaq və ən yaxşı halda isə əlavə gəlir qazanmaqdır deyə AzFinance investisiya şirkətinin direktor müavini İntiqam Səfərəliyev Fins.az-a açıqlaması zamanı bildirib. O bunun ən sadə formasının banka depozit qoymaq, dövlət istiqrazları almaq, korporativ istiqrazlar və səhmlər almaq, daşınmaz əmlak almaq və ya biznesə investisiya etmək olduğunu bildirib.
Vətəndaş bank depoziti əldə etdikdən 2-3 ay sonra ona gəlmiş devalvasiya xəbərindən təsirlənib banka yaxınlaşıb vəsaitini digər valyutaya dəyişdiyi zaman ciddi itkilərə məruz qalır.
Məsələn, 12% depozit gəliri alacaqdısa vəsaiti vaxtından əvvəl çıxarmaqla 2-3% itki baş verir. Digər valyutanı belə panika vaxtları əldə etdiyi zaman valyutanı 2-3% baha almalı və ya komissiya verməli olur. 1-2 ay dollarını illik 1-2% gəlirliklə yenidən depozitə yerləşdirir. Müəyyən müddətdən sonra yenidən manata keçib daha çox gəlir əldə etmək istəyir. Yenidən konvertasiya xərcləri ödəyir. Beləliklə vəsaiti bir tərəfdən azalır digər tərəfdən infilyasiya səbəbindən vəsaiti alıcılıq qabliyyətini itirir. Məsələn bir il əvvəl eyni vəsaitlə ala biləcəyi məhsulları növbəti il 10-15% daha baha ala bilir. Yəni pulu yığmayıb xərcləməsi və istədiklərini etməsi daha məqsədəuyğun olardı deyə investisiya şirkətinin nümayəndəsi qeyd edib.
Bu vəziyyətdə banklar qazanmış olacaqlar
Nə etmək lazımdır?
1) Etibarlı məndədən dəqiq təhlil edilmiş makroiqtisadi analizlər əldə edilməlidir.
2) Əgər maliyyəçi deyilsinizsə mütləq şəkildə vəsaitlərinizi maliyyəçilərə, traderlərə və bizim kimi fərdi investorun portfelinin idarəedilməsi xidmətini göstərən əsit menecerlərə (assetmanager) həvalə etməlisiniz və bu barədə bütün şərtləri göstərən müqavilə bağlamalı, vəsaitin vəziyyəti barədə aylıq hesabatlar almalısınız. Dünyanın bütün inkişaf etmiş ölkələrində insanlar pullarını bu yolla yığır, artırır və investisiya edir.
3) İstənilən vəziyyətdə dəyər yaradan işlərinizləməğul olub yeni gəlir imkanları axtarmalısınız. Risklər hər zaman olacaq və bu risklərdən sığortalanmağın ən yaxşı yolu daha çox qazanmaqdır. Tutaq ki, 5% valyuta riski və 5% inflyasiya riski varsa Siz 15% qazanmağın yolunu axtarmalısız. Müdaifə olunmağa çalışmaqla itkidən qaçmaq mümkün deyil.