31 Oktyabr

Bankın səhmdarları bir araya gələcək

Mayın 29-da "Bank Respublika" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Fins.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanındakı baş ofisində olacaq.

Yığıncağın gündəliyinə 2017-ci il üçün illik maliyyə hesabatının və kənar audit yoxlamasının nəticələrinin təsdiq edilməsi məsələləri daxildir.

Müəllif: Xeybər Heydərov