31 Oktyabr

NBC Bankın buna görə zərəri yaranıb

2017-ci ilin ilk 3 ayında “NBC Bank”ın cəmi gəlirləri 4 milyon 441 min manat, faiz gəlirləri 3 milyon 541 min manat, qeyri-faiz gəlirləri 900 min manat olub. Fins.az xəbər verir ki, bankın faiz və qeyri-faiz xərcləri isə 3 milyon 334 min manat olduğundan bank ilk rübü 1 milyon 107 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bank əməliyyat mənfəətini aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəltdiyindən, 80.5 min manatlıq zərəri yaranıb.

2018-ci ilin ilk 3 ayında “NBC Bank”ın cəmi gəlirləri 4 milyon 613 min manat, o cümlədən faiz gəlirləri 3 milyon 974 min manat, qeyri-faiz gəlirləri 639 min manat olub..

Eyni dövrdə Bankın cəmi xərcləri 3 milyon 938 min manat təşkil edib. Həmçinin ehtiyatlardan 144 min manat gəlirə əlavə edilib.

2017-ci ilin sonunda “NBC Bank”da 204 milyon 125 min manat təşkil etmiş cəmi aktivlər, 2018-ci ilin mart ayının sonunda 221 milyon 879 min manata, müştrilərə verilmiş kreditlər isə 154 milyon 396 min manatdan 164 milyon 628 min manat olub..

İlk 3 ayda depozitlər 8 milyon 560 min manat artaraq 82 milyon 529 milyon manata qalxıb. Bankın məcmu kapitalı 57 milyon 446 manat təşkil edib.

Müəllif: Xeybər Heydərov