“Nikoil Bank” ASC 2018-ci ilin 1-ci rübünə aid maliyyə göstəricilərini açıqlayıb. Fins.az Bankın açıqladığı hesabata istinadən xəbər verir ki,“Nikoil Bank” 8 milyon 902 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırma etdiyindən birinci rübü 309 min manat zərərlə bağlayıb.
2017-ci ilin 1-ci rübündə “Nikoil Bank” ASC 17 milyon 174 min manat faiz gəlir əldə etsə də, qeyri-faiz əməliyyatları üzrə 772,82 min manat zərər edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 6 milyon 501 min manat əməliyyat mənfəəti qalıb, əməliyyat mənfəətinin 6 milyon 273 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb ki, nəticədə də Bank ilk rübü 227,41 min manat xalis mənfəət ilə başa vurub.
2018-ci ilin yanvar-mart dövründə “Nikoil Bank”ın cəmi gəlirləri 17 milyon 973 min manat, o cümlədən faiz gəlirləri 16 milyon 537 min manat, qeyri-faiz gəlirləri 1 milyon 437 min manat təşkil edib.
Eyni dövrdə Bankın faiz və qeyri-faiz xərcləri 9 milyon 380 min manat təşkil edib və nəticədə bank 8 milyon 592 min manat əməliyyat mənfəəti əldə edib.
Bank kredit verilməsini azaldıb
Bankın müştərilərə verdiyi kreditlər 2017-ci ilin sonundakı 291 milyon 46 min manatdan 278 milyon 64 min manata düşüb. Bankda depozitlər isə ötən ilin sonundakı 229 milyon 225 min manatdan 250 milyon 38 min manata qalxıb.
31 Mart 2018-ci il tarixində “Nikoil Bank” 488 milyon 369 min manat cəmi aktivlərə, 388 milyon 625 min manat cəmi öhdəliklərə və 99 milyon 744 min manat cəmi kapitala malik olub.
Müəllif: Xeybər Heydərov