Ölkəmizdə fəaliyyət göstərən bankların heç də hamısı krediti vermir. Lakin sahibkarlar üçün biznes kredit ayıran banklar da var. Fins.az xəbər verir ki, belə banklardan biri də Bank Respublikadır. Fins.az banka istinadən xəbər verir ki, Bank Respublika 500 manatdan 30 min manata kimi sahibkarlar üçün mikro kredit təklif edir. Lakin bu məbləğ və müddət kredit götürənin maliyyə göstəricilərindən asılı olaraq daha da çox və uzun müddətə təklif oluna bilər.
Bankın təklif etdiyi mikro kreditlərin şərtlərinə gəldikdə isə 24 ayadək, 15-28%-lə kredit təklif olunur. Komissiya hqqqı isə 1-2% təşkil edir. Bu zaman kredit götürənlər üçün 6 aylıq güzəşt müddəti də təklif olunur. Mikro kreditlər isə əsasən ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, tikinti sahələrinə ayrılır. Bundan başqa müştərinin istəyinə və biznesin xüsusiyyətindən asılı olaraq sərbəst ödəniş qrafiki təklif oluna bilər. Bank Respublikadan verilən məlumata görə, bu bankdan kredit götürmənin üstünlüklərindən biri də bankın geniş filial şəbəkəsinin olması və operativ xidmət göstərilməsi hesab ounur.
Məlumat üçün bildirək ki, Bank Respublika nəinki, mikro kreditlər həmçinin digər kredit növləri də təklif edir. Daha ətraflı bankın 144 telefon mərkəzinə zəng etməklə əlavə məlumat əldə edə bilərsiz.