31 Oktyabr

Məşhur bank məhkəməyə verildi

JPMORGAN bankı milyonlarla dollar məbləğində cərimələnə bilər. Fins.az xəbər verir ki, Manhetten məhkəməsinə daxil olan müraciətdə bankın göstəriləndən çox komissiya haqqı tutduğu bildirilir. İddiaya görə, bütün bunlar bankın kriptovalyuta ilə ödəniş vasitəsi kimi edilməsini qadağan etdikdən sonra baş verib.

İddiada qeyd olunur ki, bank nəinki kriptovalyuta ilə ödəniş zamanı həmçinin pul nağdlaşdırılması zamanı da yüksək komissiya haqqı tutub.

Bankın nümayəndəsi Meri Ceyn Rodcers çıxışı zamanı bildirib ki, kredit risklərinə görə, bank virtual pullarla bağlı ödənişləri dayandırıb , lakin yüksək komissiya haqqları ilə bağlı heçnə bildirməyib. Həmçinin o qeyd edib ki, müştərilər bankın komissiya haqqı tutulmayan debet kartlarından istifadə edə bilərlər.

Qeyd edək ki, bu ilin əvvəlindən bitcoinin qiymətinin enməsi ilə əlaqədər olaraq Böyük Britaniyanın və ABŞ-ın bir neçə bankı kredit kartları ilə kriptovalyuta alışını dayandırıb.