Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2,95%-lik pay sahibi olduğu Rusiyanın "VTB Bank"ından dividend ödənişinin yüksək olacağını gözləyir. Fins.az Report-a xəbər verir ki, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, gələn ay Sankt-Peterburq şəhərində (Rusiya) Bankın səhmdarlarının ümumi yığıncağı keçiriləcək: "Yığıncaqda həm Müşahidə Şurasının yeni üzvləri təyin olunacaq, həm də 2017-ci ilin nəticələrinə əsasən dividendlərin ödənilməsi gözlənilir. Bu il əvvəlki ilə nisbətən dividendin kəskin artacağını gözləyirik".
Ş.Mövsümov Fondun "VTB Bankı" payının artırılması barədə planın olmadığını da deyib.