Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı yubiley sikkəsi buraxmağı planlaşdırır. Bu barədə AMB-nin sədri Elman Rüstəmov məlumat verib. Onun sözlərinə görə, bundan başqa, Heydər Əliyevin 95 illiyi ilə bağlı da yubiley sikkəsinin buraxılması nəzərdə tutulub.