31 Oktyabr

Elman Rüstəmov: “Milli valyutanın zəifləməsində fundamental səbəb görmürük”

“Milli valyutanın zəifləməsində hər hansı fundamental səbəb görmürük. Iqtisadi islahatları həyata keçirmək üçün yetərincə maliyya ayrılıb.Kredit faizlərinə gəlincə, bu təkcə uçot dərəcəsi ilə ölçülmür” - Bunu Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib.

O həmçinin qeyd edib ki, "Tədiyyə balansı müsbət zonadadır. İlin sonunda tədiyyə balansında əhəmiyyətli pofisit gözləyirik. Eyni zamanda makro-iqtisadi sabitliyin təmin edilməsi üçün Neft Fondundan vəsait ayrılıb. Həmçinin neftin kəskin ucuzlaşacağı barədə proqnozlar yoxdur. Bu səbəbdən Manatın ucuzlaşması üçün fundamental amillər yoxdur və Manat ucuzlaşmayacaq”

Onun sözlərinə görə, xarici ticarət dövriyyəsi 31 faiz, qeyri-neft sektoru isə 37 faiz artıb: “Bütün bunlar iqtisadiyyatın şaxələnməsi prosesinin uğurla getdiyini göstərir. Bu ilin üç ayında inflyasiya 4 faiz təşkil edib. Valyuta ehtiyatlarımız 44 milyard dollardan çoxdur. Tədiyyə balansı göstəricilərinin bundan sonra da müsbətə doğru gedəcəyini proqnozlaşdırırıq. İnflyasiyanın birrəqəmli həddə düşməsi qeyri-neft sektoru üzrə milli valyutanın məzənnəsinin ucuzlaşmasını göstərir. Ticarət tərəfdaşlarımıza nisbətdə təxminən 33-35 faiz səviyyəsində milli valyutanın ucuzluğu saxlanılır. Bu da əsas ticarət tərəfdaşlarımızla rəqabət üstünlüyümüzü əks etdirir”.