31 Oktyabr

Kapital Bank oğurluq faktını təsdiqlədi

Ötən həftə Kapital Bank-ın Yasamal filialında (Landau küç., bina 6) baş verən hadisə ilə bağlı bildirmək istərdik ki, həqiqətən bankomata müdaxilə edilib. Fins.az-a Kapital Bankdan daxil olan məlumata görə, faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir. İstintaq gedişatına mane olmamaq üçün, istintaq yekunlaşanadək bu barədə ətraflı məlumat verə bilmərik. İstintaq bitəndən sonra Daxili İşlər Nazirliyi ilə birgə açıqlama verəcəyik.

Xatırladaq ki, Yasamalda “Kapitalbank”ın rayon ərazisində yerləşən bankomatından 174 min manat pul oğurlanıb. Baş vermiş hadisə ilə bağlı dərhal əməliyyat qrupu yaradılıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.