31 Oktyabr

Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi azalıb

Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il martın 1-nə 7 750,3 mln. manat təşkil edib ki, bunun da 4 815,3 və yaxud 62,1%-i xarici valyutada yerləşdirilib. Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu nisbət fevralın 1-də 66,3% olub. Başqa sözlə, fevralda əmanətlərin dollarlaşması 4%-dən çox azalıb