31 Oktyabr

Problemli kreditlərin məbləği artıb

2018-ci ilin Fevral ayının sonuna banklarda ödəmə vaxı keçmiş kreditlər 1 milyard 700.9 milyon manat təşkil edib. Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, Fevralda ödəmə vaxı keçmiş kreditlər 5 milyon manat artıb. 2 ayda artım isə 74,7 milyon manat təşkil edib. Ötən ilin sonunda ödəmə vaxı keçmiş kreditlərin məbləği 1 milyard 626.7 milyon manat idi. 28.02.2018-ci il tarixinə verilmiş 11 milyard 561.1 milyon manat kreditin 14.7%-nin ödəmə vaxtı keçib.