31 Oktyabr

Yerli banklarımız əmək haqqlarını nə üçün açıqlamır? – SİRR yoxsa NƏ?

Hazırda Azərbaycanda 30 bank fəaliyyət göstərir. Bu banklarda müxtəlif vəzifələr üzrə işçilər çalışır. Fins.az olaraq banklarda heç olmasa müştəri xidməti mütəxəssislər - əməliyyatçılar , kassirlər və kredit mütəxəssislərinin əmək haqqlarını öyrənməyə çalışdıq. Bununla da iş axtaran işsiz bank işçilərinin seçim edə bilməsi üçün yardımçı ola biləcəyimizi düşünürdük. Lakin banklara göndərilən yuxarıda göstərilən vəzifələr üzrə əmək haqqları barədə sualımız elə sual olaraq qaldı. Bəzi bank nümayəndələri bu sualı bankın kommersiya sirri olduğunu və bu məlumatı açıqlaya bilməyəcəklərini bildirdilər.

Eləcədə Bax: Banklar ölkəsinin bankiri sutka ərzində bu qədər qazanır

Məsələ ilə bağlı Fins.az açıqlama verən iqtisadçı ekspert Cəfər İbrahimli bankların işçilərinin əmək haqqlarını fərdi olmasa da vəzifələr üzrə açıqlamalı olduqlarını bildirdi. “İctimaiyyətə açıq olan bir şirkət bu tip məlumatlarda açıq olmalıdır. Bununla həmin qurum və ya bank və ya şirkət öz şəffaflığını da göstərmiş olur” deyə ekspert bildirib.

Onsuzda banklar rüb hesabatlarında bu məlumatı administrativ xərclər üzrə göstərirlər. Sadəcə katiqoriyalar üzrə və vəzifə üzrə əmək haqqlarının nə qədər olduğunu və yaxud da bu vəzifələrə ümumi xərclərin nə qədər olduğunu açıqlaya bilərlər və bu tip məlumat komersiya sirri sayılmır deyə Cəfər İbrahimli əlavə edib.

Eləcədə Bax: Dünya Banklarında maaşlar - Deutsche Bank, Goldman Sachs, JPMorgan

Müəllif: Xeybər Heydərov