31 Oktyabr

Türk lirəsi yenidən ucuzlaşdı

Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün yenidən rekord vurub. Fins.az xəbər verir ki, bu barəə Türkiyə mətbuatı məlumat yayıb. Belə ki, səhər saatlarında TRY/USD nisbəti 4,0618 olub. Hazırda Türkiyədə dolların məzənnəsi 4,05 lirə ətrafında dəyişir.

Xatırladaq ki, ötən gün Türkyədə dollar 4,04 lirəyə, avro isə 4,96 lirəyə qədər bahalaşmışdı. Milli valyutanın dəyərdən düşməsi əsasən ölkədaxili və qlobal siyasi vəziyyətlə izah olunur.