Azərbaycan kommersiya banklarının ölkənin qiymətli kağızlar bazarında payı çoxalıb. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 1 mart 2018-ci il tarixli icmalında deyilir. Fins.az hesabata istinadən xəbər verir ki, bankların aktivlərindəki qiymətli kağızlar üzrə göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə 6,73 dəfə artaraq 2 milyard 471,6 mln. manat olub.