31 Oktyabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə Mərkəzi Bankının fəaliyyətini tənqid edib

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Mərkəzi Bankının fəaliyyətini tənqid edib. Fins.az Trend-ə istinadən xəbər verir ki, məlumatına görə, Türkiyənin dövlət başçısı bildirib ki, faiz dərəcələrini azaltmağı tövsiyə etsə də, Mərkəzi Bank təkrar maliyyələşdirmə dərəcəsini artırıb.

Qeyd edək ki, bundan əvvəl R.T.Ərdoğan ölkənin bank sektorunu iqtisadi inkişafa "qeyri-qənaətbəxş töhfə"yə görə tənqid etmişdi.