Dövlət Neft Fondu (SOFAZ) valyuta satışı ilə bağlı açıqlama yayıb. Fins.az xəbər verir ki, Fondun mətbuat xidmətindən verilən məlumata görə, SOFAZ tərəfindən 2018-ci ilin mart ayı ərzində 647 milyon ABŞ dolları məbləğində vəsait satılıb. 2018-ci ilin birinci rübü ərzində isə SOFAZ tərəfindən satılmış valyutanın həcmi 1 310,2 milyon ABŞ dolları təşkil edir.