31 Oktyabr

Proqnozlar özünü doğrultdu - Avrozona

Bu ilin mart ayında avrozonada inflyasiyanın səviyyəsi proqnozlara uyğun olaraq 1,4% təşkil edib. Fins.az "Report"a istinadən xəbər verir ki, bu barədə xarici mətbuatda qeyd olunub. Bu, fevral ayı ilə müqayisədə 0,3 faiz bəndi çoxdur.

Regionda mart ayı üzrə işsizlik göstəricisi isə hələ ki, açıqlanmayıb. Xatırladaq ki, sözügedən göstərici bu ilin fevral ayında son 9 il üzrə ən aşağı həddə - 8,5% olub. Bu, yanvar ayına nisbətən 0,1 faiz bəndi azdır.