31 Oktyabr

“Rabitəbank”ın Audit Komitəsinin sədri dəyişib

“Rabitəbank” ASC-nin Audit Komitəsinə yeni sədr təyin edilib. Fins.az Banka istinadən xəbər verir ki, Yasin Əliyevi Rəşad Abasov əvəz edib.

Rəşad Abasov 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında İqtisadiyyat və idarəetmə istiqaməti üzrə fərqlənmə diplomu ilə bakalavr dərəcəsi, 2002-ci ildə isə həmin istiqamət üzrə fərqlənmə diplomu ilə magistr dərəcəsi almışdır.

2002-2004-cü illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə-Kredit fakultəsini bitimişdir.

2004-cü ildən karyerasına Rabitəbank ASC-nin Daxili Audit departamentində auditor olaraq davam etmiş, 2008-ci ildən isə həmin departamentin direktoru vəzifəsində çalışmışdır.

Rəşad Abasov 2018-ci ilin aprel ayından etibarən Bankın Audit Komitəsinin Sədri vəzifəsinə təyin edilmişdir.