31 Oktyabr

Yerli banklarımız blockchain texnologiyasından istifadə edirlər? - AÇIQLAMA

Yeli banklarımız blockchain texnologiyasından istifadə edirlərmi sualına iqtisadçı ekspert bu cür cavab verib. Fins.az Vüqar Bayramovun məsələ ilə bağlı açıqlamasını təqdim edir.

Mərkəzi Bank blockchainlərin istifadə imkanlarının araşdırılması və blockchaindən istifadənin mümkünlüyü ilə bağlı açıqlama yaymışdı. Bu pul kredit siyasətində də əsas istiqamətlərdən biri kimi götürülmüşdü. Təəsüflər olsun ki, hələ ki, bank sektorumuzda blockchain texnologiyasının istifadə edilməsi və onun tətbiq edilməsi barədə hər hansı real addımlar atılmır. Kriptovalyutaların blockchain texnologiyasından istifadəsi bir mərhələ kimi qiymətləndirilir.

Blockchainin yeni dövrün ödəniş vasitəsi olacağı şübhəsizdir. Lakin çox təəsüfki komersiya banklarımız hələ də ənənəvi metodlardan istifadə etməyə üstünlük verirlər. Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən də bu sahənin təşviq edilməsi üçün xüsusi texniki yardımların həyata keçirilməsinə ehtiyac var. Çünki bu yeniliyin tətbiq edilməsi çox vacibdir. Azərbaycan bankları bu yeniliyi öyrənməkdə geri qalacaqlarsa o zaman qlobal bank sektorunun yeni dönəmində də geri qalacaqlar. Bu baxımdan blockchaindən istifadənin öyrənilməsi və Mərkəzi Bankın 2018-ci il pul kredit siyasəitində qeyd olunduğu kimi blockchainlərin istifadəsi mexanizminin müəəyyənləşdirilib bu istiqamətdə addımların atılmasına ehtiyaclar var.

Blokchain texnologiyasından istifadə banklara nə kimi üstünlük verir?

Ümumiyyətlə virtual valyuta bazarı formalaşır yeni bir dövr gəlir ona görə də banklar bir mənalı şəkildə yeni innovativ üsullardan istifadə etməlidirlər. Bu rəqabətlilik baxımından çox vacibdir. Ödənişlərin asanlığı baxımından çox vacibdir. Gələcəkdə virtual ödəniş vasitələri qaçılmaz olacaq ona görə Azərbaycan bankları bu prosesə hazırlaşmalıdırlar.

Müəllif: Xeybər Heydərov