Avronun dəyər qazanması fonunda beynəlxalq bazarda avroda yığmlara üstünlük verilir. Bu həmçinin avronun dəyər qazanacağı barədə beynəlxalq proqnozlarla bağlıdır. Bu sözləri Fins.az a açıqlması zamanı iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun fikrincə burada siyasi faktorlar var. Bildiyimiz kimi avro bir müddət əvvəl dəyər qazandıqdan sonra ucuzlaşmağa başladı. Lakin sonra yenidən dəyər qazanmağa başladı. Eyni zamanda Ağ Evin dolları ucuzlaşdırma siyasəti də dolların məzənnəsinə və dollarla yığımlara təsir göstərdi. Amma bunlara rəğmən dünya ehtiyatlarının əhəmiyyətli hissəsi dollarda saxlanılır. Son hesablamalara görə dünya ehtiyatlarının təxminən 62% dollarla saxlanılır. Dünya ehtiyatlarının böyük bir hissəsinin dollarda saxlanılması bu valyutanın dominant mövqeyinin qorunub saxlanılmasından xəbər verir deyə ekspert bildirib.
Amma dolların ucuzlaşması və Ağ Evin bilərəkdən dolların ucuzlaşması siyasəti davam edərsə, eləcə də rəsmi Vaşinqton ticarət mövqeyindən geri çəkilməzsə bu zaman avroda olan yığımların həcmində artımların olacağını gözləmək olar. Amma yaxın illər üçün dolların sıxışdırılıb bazardan çıxarılması üçün və ya dominantlığına son qoyulması inandırıcı deyil. Bu həm Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatının həcmi ilə, həm də yığımlarda dollarlaşma səviyyəsinin yüksək olması ilə əlaqədardır deyə iqtisadçı ekspert qeyd edib.
ABŞ ın dolların məzənnəsinin aşağı salmaqda məqsədi isə nəticə etiibarilə Ağ Evə imkan verəcək ki, ABŞ sahibkarları daha çox məhsul ixrac edə bilsin. Bu birbaşa ABŞ ın ixrac imkanlarını genişləndirilməsi ilə bağlıdır. ABŞ rəsmiləri düşünür ki, ixracata mane olan səbəblərdən biri məhz dolların məzənnəsinin uzun müddət yüksək olması ilə bağlıdır. Ona görə də Ağ Evin mövqeyi dolların nisbətən ucuzlaşdırılmasından ibarətdir.
Müəllif: Xeybər Heydərov