31 Oktyabr

“Unibank”ın Müşahidə Şurası, İdarə Heyəti və Audit Komitəsi yenidən formalaşdırılacaq

Mayın 24-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Fins.az xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Bühbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Unibank”ın kredit təşkilatı və investisiya qiymətli kağızlarının emitenti kimi hesabatlarının təsdiq olunması, Bankın Müşahidə Şurası, İdarə Heyəti və Audit Komitəsinin üzvlərinin yenidən seçilməsi, onlara sədr təyin edilməsi, maliyyə qurumuna kənar auditor təyin olunması və xüsusi əhəmiyyətli əqdlərin təsdiq edilməsi barədə məsələlər daxildir.